Competition in this pair is now closed, and the winning entry has been announced. Discussion and feedback about the competition in this language pair may now be provided by visiting the "Discussion & feedback" page for this pair. Entries may also be individually discussed by clicking the "Discuss" link next to any listed entry. Source text in English Over the course of many years, without making any great fuss about it, the authorities in New York disabled most of the control buttons that once operated pedestrian-crossing lights in the city. Computerised timers, they had decided, almost always worked better. By 2004, fewer than 750 of 3,250 such buttons remained functional. The city government did not, however, take the disabled buttons away—beckoning countless fingers to futile pressing.
Initially, the buttons survived because of the cost of removing them. But it turned out that even inoperative buttons serve a purpose. Pedestrians who press a button are less likely to cross before the green man appears, says Tal Oron-Gilad of Ben-Gurion University of the Negev, in Israel. Having studied behaviour at crossings, she notes that people more readily obey a system which purports to heed their input.
Inoperative buttons produce placebo effects of this sort because people like an impression of control over systems they are using, says Eytan Adar, an expert on human-computer interaction at the University of Michigan, Ann Arbor. Dr Adar notes that his students commonly design software with a clickable “save” button that has no role other than to reassure those users who are unaware that their keystrokes are saved automatically anyway. Think of it, he says, as a touch of benevolent deception to counter the inherent coldness of the machine world.
That is one view. But, at road crossings at least, placebo buttons may also have a darker side. Ralf Risser, head of FACTUM, a Viennese institute that studies psychological factors in traffic systems, reckons that pedestrians’ awareness of their existence, and consequent resentment at the deception, now outweighs the benefits. | The winning entry has been announced in this pair.There were 5 entries submitted in this pair during the submission phase. The winning entry was determined based on finals round voting by peers.
Competition in this pair is now closed. | Nyu-York şəhərinin hakimiyyət orqanları uzun illər boyunca məsələni çox da ictimailəşdirmədən şəhərdə bir vaxtlar piyada keçid işıqlarını idarə edən düymələri qeyri-aktiv edib. Onlar kompüterləşdirilmiş taymerlərin bu işin öhdəsindən daha yaxşı gəldiyinə qərar verib. 2004-cü ildə 3250 düymənin cəmi 750-si işlək vəziyyətdə idi. Bununla belə, şəhər hakimiyyəti qeyri-aktiv edilmiş düymələri yığışdırmırdı və beləcə saysız-hesabsız piyada belə düymələri boş yerə basmağa davam edirdi. Əvvəlcə, düymələrin saxlanılmasının səbəbi onların aradan qaldırılması ilə bağlı xərclər idi. Lakin zamanla məlum oldu ki, hətta işləməyən düymələr belə nəzərdə tutulduğu məqsədə xidmət edə bilərmiş. İsraildəki David Ben-Qurion adına Universitetin professoru Tal Oron-Qiladın sözlərinə görə, düyməni basan piyadaların yolu işıqforda yaşıl insan görünənə qədər keçməsi ehtimalı daha aşağıdır. O, insanların piyada keçidlərində davranışını araşdıraraq belə nəticəyə gəlib ki, insanlar onların rəyini nəzərə alan sistemlərə daha həvəslə riayət edirlər. İşləməyən düymələr məhz bu səbəbdən plasebo təsiri göstərir, çünki insanlar istifadə etdikləri sistemlər üzərində hakimiyyətə malik olduqları düşüncəsindən zövq alırlar, deyə Enn-Arbor şəhərində yerləşən Miçiqan Universitetinin professoru, insan və kompüter qarşılıqlı əlaqələri üzrə ekspert Eytan Adar bildirir. Doktor Adar qeyd edir ki, onun tələbələri proqram təminatı hazırlayarkən proqrama etdikləri hərəkətlərin istənilən halda avtomatik olaraq yadda saxlanmasından xəbərsiz olan istifadəçilərə əminlik qazandırmaqdan başqa bir funksiyası olmayan, kliklənən "yadda saxla" düyməsi əlavə edir. Onun sözlərinə görə, bu, sadəcə maşın dünyasına xas olan soyuqluqla mübarizə aparmaq üçün xoşniyyətli bir yalandır. Qeyd edilənlər bu mövzu ilə bağlı rəylərin sadəcə biridir. Lakin piyada keçidlərində plasebo təsirinə malik düymələrin mənfi tərəfləri də var. Nəqliyyat sistemlərində psixoloji amillərin təsirini araşdıran Vena təşkilatı FACTUM-un rəhbəri Ralf Risser hesab edir ki, piyadaların belə düymələrin varlığından xəbərdar olması və nəticədə bu yalana görə inciklik hiss etməsi onların faydalarını üstələyir. | Entry #25480 — Discuss 0 — Variant: Not specifiednone
Winner Voting points | 1st | 2nd | 3rd |
---|
22 | 5 x4 | 1 x2 | 0 |
| Uzun illər boyunca Nyu Yorkdakı hakimiyyət orqanları səs-küy yaratmadan bir vaxtlar şəhərdəki piyada keçidlərinin işıqlarını idarə edən düymələrin əksəriyyətini tədricən deaktiv etmişdir. Onlar kompüterləşdirilmiş taymerlərin demək olar ki, bütün hallarda daha yaxşı işlədiyi qənaətində idilər. Artıq 2004-cü ildə 3250 düymədən 750-si belə funksional vəziyyətdə deyildi. Lakin şəhər hakimiyyəti deaktiv düymələri yığışdırmamışdı. Beləliklə, hər gün saysız-hesabsız insan bu düymələri əbəs yerə işlətməyə çalışırdı. İlk vaxtlar düymələrin yığışdırılması üçün çox xərc tələb olunduğundan onlar qalmaqda davam edirdi. Lakin məlum oldu ki, işləməyən düymələr belə müəyyən məqsədə xidmət edir. "Düyməni basan piyadaların yaşıl işıq görünənə qədər yolu keçməsi ehtimalı daha aşağıdır", - deyə İsraildə yerləşən Negevdə Ben-Qurion Universitetindən Tal Oron-Gilad bildirir. Yol davranışlarını tədqiq edən xanım qeyd edir ki, insanlar daxil etdikləri əmrləri nəzərə alan sistemə riayət etməyə daha meyllidirlər. Ann Arbor şəhərində yerləşən Miçiqan Universitetində insan-kompüter ünsiyyəti üzrə ekspert Eytan Adarın fikrincə, "İşlək vəziyyətdə olmayan düymələr bu cür plasebo effektini ona görə yaradır ki, insanlar istifadə etdikləri sistemlər üzərində nəzarətə sahib olduqları düşüncəsini xoşlayırlar". Dr. Adar qeyd edir ki, onun tələbələri müntəzəm olaraq dizayn etdikləri proqram təminatlarında basıla bilən "yaddaşda saxla" düyməsini yaradırlar, halbuki bütün daxiletmələr avtomatik olaraq yaddaşda saxlanır. Düymənin yeganə rolu ondan ibarətdir ki, bu funksiyadan xəbərdar olmayan istifadəçilər daxil etdikləri əmrlərin yaddaşda saxlandığına əmin olsunlar. Dr. Adar söyləyir: "Bunu maşın dünyasına xas olan soyuqluğa müqavimət göstərmək üçün xoş bir yalan kimi qəbul etmək olar". Bu, məsələyə bir yanaşmadır. Ən azı yol keçidlərində plasebo düymələrin daha qaranlıq tərəfləri də ola bilər. Nəqliyyat sistemlərində psixoloji amilləri tədqiq edən Vyanadakı FACTUM institutunun rəhbəri Ralf Risser hesab edir ki, piyadaların məsələdən xəbərdar olması və nəticədə yalanla bağlı yaranmış narazılıq hazırda bu düymələrin faydasını üstələməkdədir. | Entry #24988 — Discuss 0 — Variant: Not specifiednone
Voting points | 1st | 2nd | 3rd |
---|
16 | 2 x4 | 4 x2 | 0 |
| Nyu-York hakimiyyət orqanları bir çox illər sonra heç bir tərəddüd etmədən şəhərdəki piyada keçid işıqlarını tənzimləyən nəzarət düymələrinin əksəriyyətini ləğv etdi.Onlar qərar verdilər ki, demek olar ki avtomatlaşdırılmış saniyə göstəriciləri hemişə daha yaxşı işləyib.2004-cü ildən etibarən bu tip 3250 düymədən 750-dən də azı işlək qaldı.Buna baxmayaraq şəhər hökuməti ləğv olunmuş düymələri saysız-hesabsız barmaqların faydasız toxunulmağından çəkindirə bilmədi. İlkin zamanlarda düymələr yüksək aradan qaldırılma xərcləriylə bağlı saxlanıldı.Lakin sonradan məlum oldu ki, həttə işləməyən düymələr belə bir məqsədə xidmət edir.İsrailin Negev Ben-Gurion Universitetindən, Tal Oron-Gilad –nın dediklərinə görə düyməni basan piyadalar arasında yaşıl işıq yanmadan əvvəl yolu keçənlər daha azdır. O, piyada keçidlərində davranışları araşdırmış biri olaraq qeyd edir ki, insanlar əməllərin təhlükəsizliyini təmin edən bir sistemə daha çox riayət edirlər. Ann Arbor şəhərində Miçiqan Universitetində, İnsan-kompyuter əlaqələri üzrə mütəxəssis olan Eyan Adar deyir ki, insanların istifadə etdikləri sistemə nəzarətdən aldıqları təəssüratları xoşlarına gəldiyi üçün işləməyən düymələrin bu növ plasebo təsirləri ortaya çıxır. Dr Adar qeyd edir ki, onun tələbələri adətən tıklana bilən “yaddaşda saxla” düyməli proqram təminatları hazırlayırlar ki, bunun da hər bir klaviatura düyməsinin sıxıldıqdan sonra avtomatik olaraq yaddaşda saxlandığını bilməyən istifadəçiləri əmin etməkdən başqa bir rolu yoxdur.O deyir ki, bunu cihaz dünyasına xas olan soyuqqanlığa qarşı aldadıcı xeyirxah bir toxunuş olaraq fikirləşin. Bu bir baxış nöqtəsidir.Buna baxmayaraq ən azından piyada keçidlərində plasebo düymələrinin də mənfi tərəfləri ola bilir. Yol hərəkəti qaydaları sistemində psixoloji faktorları öyrənən Vyana institutu FACTUM-un rəhbəri Ralf Risser hesab edir ki,indi piyadaların düymələrin mövcud olması ilə bağlı məlumatlılığı və nəticədə aldadıcı ittihamları plasebonun faydalarını üstələyir. | Entry #25037 — Discuss 0 — Variant: Not specifiednone
Voting points | 1st | 2nd | 3rd |
---|
10 | 2 x4 | 0 | 2 x1 |
- 2 users entered 4 "dislike" tags
- 2 users agreed with "dislikes" (2 total agrees)
+1 saysız-hesabsız barmaqların faydasız toxunulmağından çəkindirə bilmədi. | Syntax | Feride Aliyeva | |
| Nyu York hakimiyyət orqanları bir zamanlar şəhərdə piyada keçidi işıqlarını işə salan idarəetmə düymələrinin əksəriyyətini uzun illər boyunca bununla bağlı böyük bir narahatlıq yaratmadan sıradan çıxarmışlar. Komputerləşdirilmiş saniyəölçənlərin demək olar ki, hər zaman daha yaxşı işlədiyinə qərar verilmişdir. 2004-cü ilədək bu cür 3,250 ədəd düymələrin 750-dən az bir qismi işlək vəziyyətdə qalmışdır. Buna baxmayaraq, şəhər hakimiyyəti saysız-hesabsız barmaqların əbəs yerə sıxdığı bu yararsız düymələri aradan qaldırmamışdır. İlk olaraq, düymələrin hələ də qalma səbəbi onların çıxarılma xərcidir. Lakin, müəyyən edilmişdir ki, hətta işlək vəziyyətdə olmayan düymələr də müəyyən bir məqsədə xidmət edir. İsrailin Negev səhrasındakı Ben-Gurion Universitetindən Tal Oron-Gilad bildirir ki, düyməni sıxan sərnişinlərin işıqforun piyadalar üçün yaşıl işığını görmədən keçmə ehtimalı daha azdır. Keçidlərdə davranış qaydalarını araşdıran Tal Oron-Gilad qeyd edir ki, insanlar onların göstərişlərinin nəzərə alındığını göstərən bir sistemə məmnuniyyətlə itaət edirlər. Ann Arbor şəhərindəki Miçiqan Universitetində insan-komputer əlaqələri üzrə mütəxəssis Eytan Adar bildirir ki, işlək olmayan düymələr bu cür plasebo effekti yaradır, çünki insanlar istifadə etdikləri sistemlər üzərində nəzarət hissini xoşlayırlar. Dr Arbor tələbələrinin bir qayda olaraq, yazılarının avtomatik şəkildə yaddaşa verildiyindən xəbərsiz olan istifadəçiləri əmin etməkdən başqa bir funksiyası olmayan sıxılabilən "yadda saxla" düyməsinə malik proqram təminatı hazırladıqlarını qeyd edir. Bunu maşın dünyasının özünəməxsus soyuqluğu ilə ziddiyyət yaradan xeyirxah bir hiylə olaraq düşünün. Bu bir nöqteyi-nəzərdir. Lakin, yol keçidlərində plasebo düymələrinin bilinməyən tərəfləri də ola bilər. Vyanada yol nəqliyyat sistemlərində psixoloji amilləri tədqiq edən FACTUM adlı bir institutun rəhbəri Ralf Risser güman edir ki, piyadaların həmin düymələrin mövcudluğundan xəbərdar olmaları və bu hiylə nəticəsində yaranan narazılıqlar indi onların faydalarından daha çoxdur. | Entry #25015 — Discuss 0 — Variant: Not specifiednone
Voting points | 1st | 2nd | 3rd |
---|
5 | 0 | 1 x2 | 3 x1 |
- 1 user entered 1 "dislike" tag
- 2 users agreed with "dislikes" (2 total agrees)
| Bir çox illər ərzində bu barədə heç bir təəssüf hissi hiss etmədən Nyu-Yorkdakı hakimiyyət orqanları şəhərdəki piyada keçid işıqlarını işləyən nəzarət düymələrinin əksəriyyətini əlil etdi. Kompüterli timers, qərar verdilər, demək olar ki, həmişə yaxşı işlədilər. 2004-cü ilə qədər 3.250-dən 750-dən az bu tip düymələr funksional qaldı. Şəhər hökuməti əlil düymələri uzaqlaşdıra bilmədi - sayısız barmaqlarını qeyri-adi bir şəkildə basdırmaq üçün çağırdı. Başlanğıcda, düymələr aradan qaldırılması xərcləri səbəbiylə xilas oldu. Ancaq işə yaramayan düymələr hətta bir məqsədi ortaya çıxdı. Bir düyməni basan piyadalar, yaşıl adamın qarşısına keçməyə daha az ehtimalı var, İsrailin Negev şəhərinin Ben-Gurion Universitetinin Tal Oron-Gilad deyir. Keçid məntəqələrində davranışlar öyrənərkən, o qeyd edir ki, insanlar girişlərinə diqqət yetirmək üçün nəzərdə tutan bir sistemə daha asan əməl edirlər. Mütəxəssislərdən biri olan Eyan Adar, Miçiqan Universitetində çalışan Ann Arbor ilə işləyən düymələr bu növün plasebo təsirlərini ortaya çıxardır. Dr Adar qeyd edir ki, onun tələbələri adətən klaviatura vuruşlarının hər halda avtomatik olaraq saxlanıldığını bilməyən istifadəçilərə güvənməkdən başqa heç bir rolu olmayan bir tıklanabilir "qazanc" düyməsinə proqram hazırlayır. Bu düşünün, maşın dünyasının soyuqluğuna qarşı çıxmaq üçün xeyirxah aldatma toxunuşu olaraq. Bu bir fikirdir. Lakin, yol keçidlərində ən azı, plasebo düymələri də qaranlıq bir tərəfə malik ola bilər. Trafik sistemində psixoloji faktorları öyrənən bir Vyana institutu olan FACTUM-un rəhbəri Ralf Risser, piyadaların mövcudluğunun şüurlu olduğunu və nəticədə aldadıcı bir ittihamı hesab edir, indi faydaları üstələyir. | Entry #25049 — Discuss 0 — Variant: Not specifiednone
Voting points | 1st | 2nd | 3rd |
---|
0 | 0 | 0 | 0 |
- 4 users entered 4 "dislike" tags
- 1 user agreed with "dislikes" (3 total agrees)
+1 Bir çox illər ərzində bu barədə heç bir təəssüf hissi hiss etmədən Nyu-Yorkdakı hakimiyyət orqanları şəhərdəki piyada keçid işıqlarını işləyən nəzarət düymələrinin əksəriyyətini əlil etdi. | Other The text reads very artifical, needs stylistic improvement and grammatic replacements. | Sabina Alasgarova | |
+1 Başlanğıcda, düymələr aradan qaldırılması xərcləri səbəbiylə xilas old | Other It is not human translation. The whole text is machine translation that doesn't make any sense | Ismayil Jabrayilov | |
| | | | | X Sign in to your ProZ.com account... | | | | | | ProZ.com translation contestsProZ.com translation contests offer a fun way to take a break from your normal routine while testing and honing your skills with fellow translators.
ProZ.com Translation Contests. Patent pending. |